Xeyirlə şərin savaşı - Əbədi və Əzəli olan bir

.


xeyir-ve-ser-yaxsiliq-ve-pislik-xeyirle-ser-mubarize-savas-heyat-369

İşıqla qaranlığın, 

Yaxşıya pisin,

Həqiqət və yalanın,

Kamilliklə cahilliyin mübarizəsi.

Dünya bu mübarizənin sınaq meydanıdır.

Hər şey Xeyir və şər arasındakı mübarizə nəticəsində bəlli olur. Məhz bu mübarizə bizə göstərir kim yaxşı kim pisdir, kim cahil, kim kamildir. İmtahan dünyasında kimin kim olduğu, necə olduğu xeyirlə şər arasındakı mübarizədəki iştirakından bəlli olur.

Xeyrin və şərin arasında olan bu savaş Tarixin ən böyük və ən qədim mübarizəsi olub, bu gün belə davam etməkdədir. Səmavi dinlərə görə bu mübarizənin başlanğıcı Habil və Qabil arasında olan məlum kljlp. Eyni hekayə digər inanc və dinlərdə fərqli adlarla ifadə olunsa belə məzmunza eyni olduğu deyilə bilər. 


Bundan kənarda yaşamaq mümkün deyil. Çünki bu mübarizə həyatın bir parçasıdır. Və insan olmaq üçün və insanlığı qorumaq üçün hər kəs bu mübarizədə yer almalıdır.

Əks təqdirdə şərin qurbanı olacağını nəzərə almalıdır.

Xeyrin məqsədi yalnız insanlıq olduğu halda, şərin qayəsi insanlıqdan uzaq olan hər şeydir.

Zatən hər kəs dolayı ya da birbaşa yolla bu mubarizədə iştirak edir. Mənim nəzərdə tutduğum isə, şüurlu bir şəkildəcə ürəklə və ağılla şərə qarşı olmaqdır. 

Acınacaqlı olan şərə xidmət edənlərin daha çox olması deyil. Acınacaqlı olan odur ki,  bilmədən şərə şərik olanlar və şərin oyunlarına laqeyd olan insanlar az deyil.

Viktor Hüqo-nun da dediyi kimi:

"Zalımların çarxı, cahillərin işləməyən başları ilə dönür."

Həqiqətən də şər kütlənin cahilliyi, nifrəti, pisliyi və tamahkarlığı ilə bəslənir.

Xeyir isə sadəcə saf sevgi və ilahi bilgiylə güclənir. 

Doğrudur, yaşadığımız dövrdə xeyirlə şəri bir-birindən ayırmaq asan deyil. Çünki, şər belə bəzən özünü yaxşı kimi göstərir, öz pis əməlləri üçün yaxşılıqdan alət kimi istifadə edə bilir. Buna görə də gərək, yaxşılıqla bərabər o yaxşılığı kimin etdiyinə də baxaq. 

Əgər yalançı doğrunu söyləyir, pis birdən yaxşılıq edirsə burda şüphələnməyə dəyər. 

Çünki, şeytan da bəzən mələk donuna bürünüb öz çirkin niyyətini gizləyə bilir.

Və unutmadan hər zaman bilək ki, xeyir şərə şərlə deyil, sevgiylə, yaxşılıqla və həqiqətlə qalib gəlir. 

Şər Xeyir üzərində kiçik qələbələr əldə edərək üstün görünə bilər. Amma Əsas onu bilək ki, xeyirlə şər arasındakı bu mübarizədə xeyir qalib olacaq, şər isə rəzil!

Çünki Yaradan Haqqın tərəfindədir və Xeyir gücünü Haqq-dan alır! 

Şeytanı düzən dağılacaq, əvəzində Haqq və Ədalətin hakim olduğu ilahi düzən və nizam qurulacaqdır. Tərəfini və rolunu seç və oyunu oyna.