Həyat Böyük Bir Məktəbdir | Həyat Məktəbi Və İmtahan

.
heyat-haqqinda-mektebi-heyata-aid-mekteb

Həyat məktəbi...
Həyat başından sonuna bir məktəbdir. 
Öncə imtahan verən və sonra öyrədən böyük bir məktəb...(c)
Kimi nə zaman necə bir imtahan gözləyir, onu bir Fələk bilir.

Dünyaya gəldiyimiz ilk andan sona qədər burda öyrənir və öyrədirik.
Öyrəndiyimiz hər bir şey həyat təcrübəsi adlanır. Və hər kəsin həyat təcrübəsi bir-birindən fərqli və çətindir.
İstər sevincli olaq, istər kodərli..Həyatın bizə öyrədəcəyi dərslər hər daim vardır.

Bu məktəbdə həm şagird olursan, həm də müəllim.Burda  həyatın bizə öyrətdiyini biz də başqalarına öyrədir, beləcə borcumuzu ödəməyə çalışırıq.
İnsanlıq borcumuzu...


Həyatda ən çox nəyə dəyər veririksə o bizim imtahanımız olur. 
Sevgi və səbr həyatın tarixi bəlli olmayan bu imtahanlarında ən böyük 
İmatahandan uğurla keçənləri daha böyük imtahanlar, daha böyük sınaqlar gözləyir.
Həyatdan dərs almayanlara həyat özü yenidən dərs keçir.
Və ən bir dahinin dediyi kimi ən böyük dərsi xoşbəxtkən deyil, dərdliykən alacaqsan.
Yəni dərdin nə qədər böyükdürsə, dərsin də, təcrübən də bir o qədər böyük olacaq. 


Həyat həm də sirli bir kitabdır. Hər sətiri 1001 hikmətlə dolu olan bu kitabı oxuya bilənlər sirlər xəzinəsinə doğru yol almağa başlayır...
Möcüzələrlə və macəralarla dolu enişli-yoxuşlu bir yol.
Bu yolda bizə yaxşılar da yoldaş olacaq, pislər də. Bir yola qədər...

Sirlərə dolu sınaq meydanında bəzən etdiyimiz bir böyük səhv edilən bütün doğruları silib süpürə bilir.
Lap aşan bir domino daşının ağ qara demədən bütün daşları aşırdığı kimi...

Amma bu imtahan dünyasında səhv etmədən haqqa çata bilmərsən. 
Bir dahinin dediyi kimi Səhv etməkdən qorxma, səhvi təkrak etməkdən qorx.
Bəli, həqiqətən də ən böyük səhvi səhvi təkrak etməkdir.
Keçmişini unudanlar isə onu yenidən yaratmağa və yaşamağa məhkumdur.



Bəli, düşünə bilən hər bir insan üçün ən yöyük dərslər ən böyük dərdlərdə gizlidir.
Və sən həyatın  bu dərsləri ilə böyüyür, daha böyük insan olursan.
İnsanlıq mərtəbəsində yuksəlirsən..

Elə qəribədir ki həyat bir gün sikayət etdiyin durumuna görə gün gəlir şükür edirsən.
Zamanla anlayırsan ki, kiçik sevinclərini dəyərli edən məhz gözündə böyütdüyün dərdlərdir.
Anlayırsan ki bu fani dünyada özümüzü nə qədər boş dərdlər qazanmışıq. 




Hər anı möcüzə və hikmətlərlə dolu olan bu sirlər aləmində insan kimi yaşayaq və yaşadaq...
Öyrənərək və Sevərək...