Maddi dünya və müasir insan

.

  

muasir-insan-muasirlik-fani-dunya-maddiyyat-pul-var-dovlet

Elm və texonologiya hər an inkişaf edir və bu inkişaf həyatımıza önəmli bir ölçüdə təsir edir.

Məhz elm və texnologiyanın inkişafının nəticəsidir ki, insanın dəyərləri, ehtiyacları, arzu və istəkləri. maraq dünyası dəyişir.

Bu dəyişiklik daha çox bizi maddi həyata fokuslanmağa, maddi arzular üçün yaşamağa məcbur edir.

Bütün bunlar müasir insanın gündəlik həyat tərzinə çevrilmişdir. 

Bəs bugünün muasir insanı kimə deyilir və onu keçmiş insanlardan fərqləndirən nələrdir?

Müasir dövrün bir çox insanı keçmişə nəzərən daha çox bilir amma  həm də daha az düşünür. Və bildiklərinin də bir çoxu ya faydasızdır, ya da yalan. Müasir dövr informasiya dövrü olsa belə informasiyanın bol olduğu bu dövrdə həqiqi bilgini tapmaq çox çətindir.

Müasir insanın həyatı MƏN mərkəzlidir. Onun həyatının mərkəzində hər şeydən öncə maddi ehtiyaclar durur. Şəxsi mənafeyini və maraqlarını hər şeydən və hər kəsdən üstün tutan, onun uğruna savaşan bir insanlıq formalaşdırılıb.

Sistem bu günün insanlarını rəqabətcil və mənfəətcil olmağa, yalnız öz mənafeyini güdməyə, özü üçün yaşamağa məcbur edir. 

Bunun nəticəsidir ki, bir çox insan acgöz bir şəkildəcə maddi ehityaclar uğruna milyonlarla canlının nəslini kəsir,  yaşadığı təbiəti məhv edir, gələcəyini düşünmədən əsas özü üçün yaşayır. 

Müasir insan maddi ehtiyaclar uğruna, öz şəxsi mənafeyi üçün vəhşiliklər törədir, düşünmədən təbiətin təbii ehtiyatlarını talayır və məhv edir.

Əslində bütün bəşəri problemlərin kökü məhz budur: insan doymamazlığı, insanın acgözlülüyü.

Nə qədər çoxuna sahib olsa belə gözü doymayan bir insan...

Bu cür kəslər nəinki insanlığıa, bütün dünyaya düşməndir.

Maddi ehtiyaclar və dəyərlər uğruna çalışan, yaşayan, öldürən və ölən... 

Mənəviyyatdan yoxsul bir şəkildəcə...  

Maddi ehtiyaclarla gözü kor olmuş zəkalı amma duyğusuz insan dünyanın ən vəhşi heyvanından da vəhşi ola bilir. Məhz belə bir insan dünya üçün ən böyük təhlükədir. Dünyanın canına bulaşmış bir virus kimi...

Gözü maddiyyatdan başqa heç nəyi görməyən duyğusal baxımdan yoxsul olan müasir insan...

İnsanın gözü doyasa dünya doyar.

Doğrudur bunları çoxları görür və bilir..Amma heç də çoxları bunu dərk etmir. Ya da dərk etmək istəmir.

Dünyanın bir çox yerində maddi dəyərlərin baş tacı edildiyi, mənəvi dəyərlərin isə ayaqlar altında əzildiyi bir dövrdə yaşayırıq.

Belə bir dövrdə insan kimi qala bilmək həm çətin həm şərəflidir.

İnsanların  bir çoxunun bu qədər qəddar və acgöz olmasının əsas səbəbi xoşbəxtliyi maddiyyatda axtarması, daha çox maddi əşyaya sahib olmaqla daha xoşbəxt olacağını zənn etməsdir. 

Əslində maddi əşyalar bizə yalnız keçici xoşbəxtlik verir. Əbədi və gerçək olanı yox.  

Bu gerçəyi anladığımız an həyatımız dəyişməyə başlayır və maddi dünyaya olan bağlılığımız zəifləyir. 

Məhz bundan sonra anlayırıq ki maddiyyat həyatımız üçün xoşbəxtlik mənbəyi yox, yalnızca bir vasitədir.

Əgər dünyadakı bütün bəşəriyyətin xoşbəxt və sülh içində yaşamağını istəyiriksə, onda mədəniyyətin özəyini maddi dəyərlər üzərində deyil, mənəvi dəyərlər əsasında yenidən inşa etməliyik.

Yalnız onda bütün bəşər övladı birlik və bərabərlik şəklində yaşaya biləcək.