Dərdlərdən Doğan Dahi Fikirlər...

.
Böyük dəryadan kiçik bir damla...

1. Həyat Yaradanın ən böyük möcüzəsidir.

2. Zehni bilgi, qəlbi sevgi bəslər.

3. Quş kimi azad olub uça bilmək üçün sevək və öyrənək.
Sebuhi-Quluzade-sozleri-sevmek-oyrenmek-Quluzadenin-azad

İnsan kamillik mərtəbəsinə sevərək və öyrənərək ucalar.

Həqiqət yalnız kamillərin axtardığı, dəyərini bildiyi bir xəzinədir.

 Hər kəsdən uzaq olduğum üçün hər kəsdən fərqliyəm.

İnsanlığa daha yaxşı xidmət edə bilmək üçün insanlardan uzaq gəzirəm.

İnsanlar iki qrupa bölünür:
1. Başqalarının həyatları uğruna öz həyatlarını qurban verənlər.
2. Öz həyatları uğruna başqalarını qurban verənlər.

Lovğalıq tənəzzülü, təvazökarlıq isə tərrəqini gətirir.

Qəlblər ilahi sevgi ilə, beyinlər həqiqi bilgiylə dolub-daşsın istərdim...

Ağac kimi ol - yüksəlmək üçün dərinlərə en.

40 il cahil kimi yaşamaqdansa, 1 gün kamil kimi yaşa.
(Orjinalı : 40 il kölə kimi yaşamaqdansa, 1 gün azad yaşa - Babək)

Bəzi zarafatlar zəka geriliyinin nişanəsidir. Bəzi zarafatlar isə böyük bir zəkanın...

Başqalarını alçaldacaq qədər alçaq olma.

Hər şeydə qüsur axtarma, hikmət axtar.

Bəzi fikirlər zəhərli meyvə kimidir. İnsanı sanki ruhən öldürür.

Dərd var ki insanı dəli edir. Dərd də var ki, insanı dahi edir.

Bəzi yaralar məni daha yalnız etdi. Yalnızlıq isə məni Yaradana daha yaxın etdi.

Damlalar birləşərək dəryanı yaratdığı kimi, insanlar da birləşərək insanlığı yaradır.

Yaratdıqlarımla Yaradana olan öz sevgimi və təşəkkürümü bildirəm.
Yaratdıqlarımla yaşamağa layiq olduğumu sübut edirəm.

Müəllif : Səbuhi Quluzadə