Tarixin bəxtsiz dahisi: Nikola Tesla - Dəyəri sonradan bilinən fədakar fizik.

.

Tarixin bəxtsiz dahisi: Nikola Tesla - Dəyəri sonradan bilinən fədakar fizik

 Bir insan bütün dünyanı dəyişə bilər!

Sizə bir xəyalpərəstin sözləri kimi gələcək bilirəm.

Bəs elə bir insan artıq dünyanı dəyişibdir desəm?


10 iyul - Bu gün insanlıq tarixinin ən böyük ixtiraçışı olan fədakar bir dahinin dünyaya gəldiyi gündür: 

Nikola Tesla - fikirləri və ixtiraları ilə qaranlığa işıq tutan qeyri-adi insan.


Tesla elə bir dahidir ki, insanlıq üçün etdikləri, xəyal və arzuları qarşışında söz belə aciz qalır.

Sizə bugün onun bioqrafiyasından geniş danışıb uzunçuluq etmək əvəzinə, öz baxış və fikirlərimi bölüşmək istərdim.

Dahiləri birləşdirən ortaq cəhət nədir bilirsiz?

Bir çox dahi yalnız dünyasını dəyişdikdən sonra başa düşüldü, dəyəri daha yaxşı bilindi. 

Və Tesla o dahilərdən biri oldu.

Nikola Tesla necə birisi idi?

Tesla üçün pul bir məqsəd deyil, sadəcə bir vasitə idi.

Onun əsas bir məqsədi vardı: 

Bütün dünyanı ixtiraları ilə  aydınlatmaq və dəyişmək.

Nikola Tesla , ancaq öz mənafeyini güdən mənfəətpərəst rəqiblərindən fərqli olaraq

ixtiralarından qazandığı bütün pulu yeni araşdırma və tədqiqatlara sərf edirdi.


Nikola Teslanın fikirləri bir ovuc acgöz insandan çox bütün insanlığın xeyrinə xidmət edəcək gücdə idi. O əgər bütün bəşəriyyət üçün deyil də, yalnız kapitalistlər üçün çalışsaydı Thomas Edisondan belə daha varlı ola bilərdi.

Ancaq Tesla öz xəyal və arzularını, yaradıcı zəkasını pula satmadı və beləcə milyonlarla insanın sevgisini qazandı.


Nikola Teslanın uğursuzluğu və səbəbləri: 

Onun fikirləri və ixtiraları investorların gözündə iqtisadi baxımdan böyük qazanc gətirməyən faydasız və gülünc fikirlər idi.

Əslində pulla gözləri kor olmuş bu adamların Teslanı anlamasını gözləmək gülünc olardı :)

Özünün də ifadə etdiyi kimi, dünya buna hazır deyildi. Onun fikirləri və arzuları o dönəm üçün başa düşülən deyildi.

Tesla gələcəyin adamı idi.

İnsanlar onun düşündüyündən də mənfəətpərəst və yalançı çıxmışdı. 


Bəlkə də Tesla, maddiyat və mənfəətin hakim olduğu o dövrlərdə deyil də, başqa bir dövrdə dünyaya gəlsəydi dünyanı xəyalındakı kimi inşa edə bilərdi. 


Özü xəyal dünyasındakı kimi bu dünyanı dəyişə bilmədi. Amma bu potensiala sahib minlərlə ixtiraçı üçün ilham mənbəyi oldu deyə bilərik.

Bəlkə də onun yoluyla gedən minlərlə gənc ixtiraçı dünyanı dəyişir, xəyalını gerçəyə çevirir və biz bilmirik? 


Yazını Teslanın sözləriylə bitirmək istəyirəm:

"Qoy doğruları gələcək söyləsin və hər kəsi əsərlərinə və uğurlarına görə dəyərləndirsin.

İndiki zaman onların ola bilər, amma uğrunda çox çalıştığım gələcək mənimdir."