Sevgi nədir? Nə deyildir? Sevgi haqqında bilinməyənlər...

.
Sevgi Nədir?
Sevgi həyatın özəyi, yaradılış səbəbidir. Dahi Mahatma Qandinin də dediyi kimi: “Sevginin olduğu yerdə həyat vardır. Yəni həyatı həyat edən sevgidir. ” Sevgini həyatın hər yerində, hər anında görə bilərsiniz. Həyatımızı daha dəyərli və mənalı edən də sevgidir.
Sevgi gözəl olan duyğuların ən gözəlidir. Həyatımıza gözəllik qatan...
sevgi-nedir-sevgi-haqqinda-sevgiye-aid-esq-mehebbet

Bütün yaxşılıqlar sevgidən, bütün pisliklər sevgisizlikdən doğur. Dahi Dostoyevskinin dediyi kimi: Cəhənnəm insan ürəyində sevginin bitdiyi yerdir.
Sevgi  hər bir canlının mənəvi ehtiyacdır. Bir dahinin söylədiyi kimi: ”Sevgisiz həyat, susuz ağaca bənzər.” Həyatı daha yaxşı anlamağın əsas yolu sevgini anlamaqdır. Sevgini anlamağın yoluysa sevmək və sevilməkdir.
Sevgi həm də ilahi bir gücdür. İnsana cəsarət, inam və sevinc bəxş edən bir güc...Bütün pozitiv duyğular, insani davranışlar – mərhəmət, hörmət, vicdan, sədaqət və s.  onun meyvəsidir.
O həm də bizi paklığa və kamilliyə götürən ən ali duyğudur.
Sevgi möcüzələr yaradan möcüzədir. Təəssüf ki, bir çox insan həyatı boyunca bu möcüzəni yaşamadan keçir.
İnsan olmağın yolu sevməkdən və öyrənməkdən keçir. Yəni  sahib olduğumuz sevgi və bilgidir bizi insan edən...Və sevgidən uzaqlaşmaq demək, insanlıqdan uzaqlaşmaq deməkdir.
Səbəbin olduğu yerdə sevgi olmaz. Çünki gerçək sevgi səbəbsiz sevməkdir.
Doğulduğumuz ilk anda etibarən danışmağı və düşünməyi bacarmasaq belə sevməyi bacarır, onunla birlikdə böyüyürük.  Böyüdükcə isə sevgi bir çox insanın içində kiçilir.
Sevgi tarix boyu bir çox böyük insanın, bir çox böyük işin ilham mənbəyi olmuşdur.  Yəni sevgi inkişafın təməlidir. Sevginin olduğu yerdə sənət vardır, ədəbiyyat və əbədiyyət vardır.  Sevginin olmadığı yerdə isə ölüm, tənəzzül və pislik vardır.
Sevgi bəlkə də yalanlarla dolu bu dünyanın tək gerçəyidir. Gəlin birgə bu sevgini yaşayaq və yaşadaq.